Damladan yeni qalmaqal: "Aygün və Röya duet təklif eləsə..."
17-05-2017, 16:13. Разместил: heqiqet
Müğənniyə ünvanladığımız ”Aygün və ya Röya ilə duet oxumaq istərdinmi?” sualına belə cavab verib: “Bu dəfə də yalan danışa bilməyəcəm. Nə zamansa ola bilər. Yəni onlardan duet təklifi alaramsa, məmnuniyyətlə qəbul edərəm”.
Damla “bəs özünüz Aygün və Röya”ya duet təklifi edərdinizmi? sualına cavabında isə deyib ki, onun belə fikri yoxdur: “Mən dedim axı, Azərbaycan estradasında elə bir ifaçı yoxdur ki, onunla duet oxumaq üçün səbirsizlənim”.
Damla bildirib ki, heç vaxt Türkiyə şou-biznesinə qatılmaz: “Heç bir zaman Türkiyədə tanınmaq üçün külli miqdarda pul xərcləmərəm. Hər kəs istəyər ki, ölkəsindən kənarda da tanınsın. Onlar bizim ölkəyə gəlib, ciblərinə pul yığıb gedirlər. Bizim ən böyük saraylarımızda konsert verirlər. Televiziyalarımız, saytlarımız onların qabağına qaçıb müsahibə alırlar. Biz niyə gedib onlara pul xərcləməliyik ki?”
İfaçı onu da əlavə edib ki, bizim məşhurlardan Türkiyədə tanınan yalnız Üzeyir Mehdizadədir: “Açıq deyim, 2-3 gün bundan qabaq Türkiyədə idim, orada Üzeyirin mahnısını eşitdim. Düşünürəm ki, orada Üzeyiri tanıyırlar. Mən onların Nilufərini, Funda ararını tanıdığım kimi, istərdim ki, onlar da bizim sənətçiləri tanısınlar”.
Вернуться назад