5-07-2017, 13:06. Разместил: heqiqet İkinci dəfə ana olduqdan sonra sənətdən gedən azərbaycanlı müğənni İradə İbrahimova yenidən yaradıcılıq işlərinə start verib. İfaçı sosial şəbəkədəki səhifəsində bildirib ki, yenidən sənətə qayıdır. O deyib ki, Türkiyədə yeni layihələr üzərində çalışır və eyni zamanda fotosessiya da etdirib. Qeyd edək ki, türkiyəli iş adamı Ceyhun İzerlə ailəli olan İ.İbrahimovanın 1 qızı və bir oğlu var. O, illərdir Türkiyədə yaşayır.