DataLife Engine > sou > Məhkəmə bitdi - Təranə Nazənindən üzr istəyəcək

Məhkəmə bitdi - Təranə Nazənindən üzr istəyəcək


9-07-2015, 16:05. Разместил: heqiqet Məhkəmə bitdi - Təranə Nazənindən üzr istəyəcək Məhkəməni uduzan T.Qumral qarşı tərəfə 10 min manat təzminat ödəməli və üzr istəməlidir.
Müğənnilər Nazənin və Təranə Qumralın bir müddətdir davam edən məhkəmə prosesi başa çatdı.
Nazəninin vəkili Adəm Məmmədov məsələ ilə bağlı bunları deyib:
"Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatına aid olduğu üçün qapalı keçirilib. Biz məhkəmədə Təranə Qumralın Nazənin xanımın həyat yoldaşına yazdığı mesajları da ortaya çıxardıq. Təranə Qumral ifaçının şərəf və ləyaqətini alçaltdığı üçün ona on min manat ödəməlidir. Hətta qarşı tərəfin vəkili də onların haqsız olduğunu bilib, müdafiədən imtina etdi".
Nazənin isə məsələ ilə bağlı bunları deyib:
“Uzun müddət susdum, məhkəmə qərarının çıxmasını gözlədim. Haqlı olduğumu bilirdim. Vəkilim Adəm Məmmədovun savadlı olduğuna və məhkəməni udacağına inanırdım. Mənə və ailəmə atılan yalan və böhtanların cavabını məhkəmə prosesindəki qalibiyyətimlə verdim. Bəziləri məni qınadı ki, gərək bağışlayardın. Amma ailəm, şəxsiyyətim təhqir olundu. Necə susum? Təranə Qumralı ərimlə tutmuşam və bunu sübut da etdim. Məhkəmədə onun ərimə yazdığı intim mesajların hamısı ortaya çıxdı".
Qeyd edək ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı.
Вернуться назад