"50 Cent" müflis oldu
14-07-2015, 11:45. Разместил: heqiqet
Amerikalı reper və prodüser, "50 Cent" kimi tanınan Körtis Ceyms Cekson məhkəməyə müflislik haqqında məcəlləyə əsasən kreditorlardan qorunma barədə ərizə təqdim edib.Heqiqet.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, məhkəmə sənədlərinə əsasən musiqiçinin aktivləri və borcları 10-50 milyon dollar arasında dəyişir.
Ötən həftənin cümə günü məhkəmə K.Ceksonun reperi şəxsi həyatına qarışmaqda ittiham edən qadına 5 milyon dollar ödəməsi barədə qərar çıxarmışdı.
Вернуться назад