DataLife Engine > sou > Mehriban Xanlarovadan Lalə Dadaşovaya İTTİHAM: "Ailəmi o dağıdıb"

Mehriban Xanlarovadan Lalə Dadaşovaya İTTİHAM: "Ailəmi o dağıdıb"


23-07-2015, 10:18. Разместил: heqiqet Mehriban Xanlarovadan Lalə Dadaşovaya İTTİHAM: "Ailəmi o dağıdıb" Əməkdar artist Mehriban Xanlarova ailəsinin dağılmasında keçmiş qaynanası müğənni Lalə Dadaşovanı günahlandırıb. “Yeri gəlmişkən” verilişinin qonağı olan aktrisa həyat yoldaşından boşanması barədə danışıb: “Həyat yoldaşıma görə dörd il sənətimi atdım. İndi də it kimi peşmanam. Kaş ki, atmazdım. Neçə-neçə filmlərdə ssenarilərin üstündən xətt çəkdim. Oğlanın anası ucbatından ayrıldıq. Ümumiyyətlə, həyatımda peşmançılığım çoxdur. Sənətdə də peşmançılıqlarım var. Danışsam, gərək oturum hönkür-hönkür ağlayam".
Qeyd edək ki, bir müddət öncə L. Dadaşova oğlunun M. Xanlarovadan boşanması barədə bu sözləri demişdi: “Mehriban gəlinim olub. Burda nə var ki? Oğlumla 20 il öncə evli olub. Aralarında yaş fərqi olduğuna görə evliliklərinə narazı idim. Amma oğlum fikrində qəti olduğunu söylədi. Daha sonra Mehribanı tanıyandan sonra beş əlli evlənmələrinə razılıq verdim. Amma övladları olmadığı üçün ayrıldılar. Oğlum evlənib, hələ ki, övladı yoxdur”.

Вернуться назад