DataLife Engine > sou > 9 uşağı olan müğənni canlı efirdə: "10-cuya taqətim qalmayıb"

9 uşağı olan müğənni canlı efirdə: "10-cuya taqətim qalmayıb"


14-02-2018, 18:01. Разместил: heqiqet 9 uşağı olan müğənni canlı efirdə: "10-cuya taqətim qalmayıb" Üç fərqli qadından 9 övladı olan türkiyəli məşhur müğənni İzzət Yıldızhana canlı yayımda maraqlı təklif edilib. Təklifi proqramın aparıcısı, tanınmış müğənni-aktrisa Seda Sayan edib.
Seda Sayan Türkiyənin tanınmış sənətçisi, xalq mahnıları ifaçısı Seda Akgülün İzzət Yıldızhanla evlənmək istədiyini, 10-cu uşağının ondan olmasını istədiyini deyib. Sayanın təklifini gülərək qarşılayan 54 yaşlı İzzət Yıldızhan "artıq taqətim qalmayıb, gücüm çatmaz" cavabını verib.
Öz növbəsində Seda Sayan "məncə də bəsdi, bu nədir belə", — deyə qarşılıq verib.
Вернуться назад