Elzanının qızının toyunda QALMAQAL - Nadirə söz atdı və...
26-08-2015, 10:12. Разместил: heqiqet
Əməkdar artist Elza Seyidcahanın qızı Gülşənin toyunda müğənni Nadir Qafarzadə ilə aparıcı-aktyor Sərxan Kərəmoğlu arasında qalmaqal yaşanıb. Gecədə qonaq kimi qatılan müğənni və aparıcı arasında mübahisəsi olub. Belə ki, məclisin aparıcısı səhnəyə müğənni Nadir Qafarzadəni dəvət edib. Səhnəyə qalxan Nadir Qafarzadə bəylə gəlini təbrik edərkən Sərxan Kərəmoğlu onun sözünü kobud şəkildə yarımçıq kəsərək “Nadir, oxu” deyib. Aktyorun bu sözləri isə N.Qafarzadənin xoşuna gəlməyib. O, S.Kərəmoğluna “Çaşma, mənə heç kəs əmr edə bilməz” deyərək cavab verib. İfasını bitirdikdən sonra müğənni məkanı tərk edib. Вернуться назад