DataLife Engine > sou > Müsəlman model ərə getməmək üçün özünü asdı

Müsəlman model ərə getməmək üçün özünü asdı


23-09-2015, 11:06. Разместил: heqiqet Müsəlman model ərə getməmək üçün özünü asdı İngiltərədə yaşayan 24 yaşlı müsəlman model ailəsi tərəfindən məcburi evləndirilmə qorxusu ilə özünü asıb.
Pakistan əsilli Nadia Menazin meyiti yaşadığı evdə tapılıb. Model və toy təşkilatçısı kimi fəaliyyət göstərən Menaz 5 ay əvvəl ailəsinin onu zorla evləndirməkdən vaz keçməsi üçün məhkəmə qərarı çıxarmışdı. Bir uşaq anası olan Nadia daha əvvəl kəbin kəsdirməklə ərə getmişdi, lakin ailəsi bu münasibətə qarşı çıxıb.
Ölümü ilə bağlı açılan cinayət işində qızın valideynləri ilə arasının çox gərgin olduğu, intihardan əvvəl depressiyaya girdiyi, saçlarını tamam kəsdirdiyi məlum olub. Yeniyetməlik dövründə polis olmaq istəyən N.Menaz ancaq 16 yaşında ailəsi ilə yaşadığı evdən çıxaraq modellik etməyə başlayıb.
2010-cu ildə 25 yaşlı Rəsulla tanış olan model bir il sonra ailəsindən gizli ona ərə gedib. Lakin ata-anası Rəsulu heç vaxt qəbul etməyərək qızlarını başqasına ərə vermək istəyiblər.
Вернуться назад