Onlar bu dəfə kimləri parodiya edəcək?
1-10-2015, 19:42. Разместил: heqiqet
Aktyorlar "MUZ TV"yə müsahibəsində siyahıda bir çox aparıcıların və müğənnilərin yer aldığını vurğulayıblar:
“Konsertimizdə ənənəmizə sadiq qalaraq, verilişlərin aparıcılarını, müğənniləri və digər məşhurları parodiya edəcəyik. Bu dəfə isə oxumağa son qoyan Əli Mirəliyevi və rəqqasə Fatimə Fətəliyevanı parodiya edəcəyik”.
“MİLLİonçu” adlanan konsertdə sosial problemləri əks etdirən səhnəciklər göstərəcəklərini deyən aktyorlar bu problemlərin azalmasında özlərinin də rolu olduqlarını düşünürlər. Parodiya ediləcək şəxslərin azaldığını açıqlayan aktyorlar efirdə məşhurların hədsiz sərbəstliyindən, etik qaydalara əməl etməmələrindən şikayətləniblər.
Hər ilin martında qadınlara konsert həsr edən “Bu şəhərdə”çilər, bu dəfə onlardan gileylənib. Rafael qadınların toya hazırlıq prosesinin kişilər üçün ciddi problem olduğunu söyləyib.
Qeyd edək ki, "Bu şəhərdə"nin ssenaristi Müşviq Abbasov saytımıza açıqlamasında parodiya edəcəkləri tanınmışlar siyahısında əməkdar artist Nüşabə Ələsgərlinin, Nazənin də yer alacağını bildirib.
Konsert oktyabrın 8-dən 12-dək Heydər Əliyev Sarayında baş tutacaq.
Вернуться назад