DataLife Engine > sou > Fikrət Qocadan Aynişanın hörmətsizliyinə CAVAB

Fikrət Qocadan Aynişanın hörmətsizliyinə CAVAB


3-11-2015, 18:02. Разместил: admin Fikrət Qocadan Aynişanın hörmətsizliyinə CAVAB "Bu onun özünə qarşı etdiyi hörmətsizlikdir"
Bu sözləri Azərbaycanın Xalq şairi Fikrət Qoca "O səs Türkiyə" musiqi yarışında iştirak edən Aynişan Quliyevanın oxuduğu "Gəl ey səhər" mahnısının müəllifini söyləmədiyi haqda danışan zaman deyib.
Fikrət Qoca "Gəl ey səhər" mahnısının yaşının 50 olduğunu açıqlayıb:
"Bu mahnının 50 yaşı var. Türkiyəyə gedib, mahnımı oxuyursan, bəs niyə adımı çəkmirsən? Mahnımın adını çəkməyibsə, bu mənə yox, onun özünə qarşı olan hörmətsizlikdir. Dünyada qəbul olunan qayda budur ki, sən mahnını ifa edirsənsə onun müəlliflərini tam dolğun şəkildə deməlisən. Demədinsə deməli səhv etdin. Olmaz! Qınamıram, uşaqdı böyüyər öyrənər".
Xatırladaq ki, "O səs Türkiyə" musiqi yarışında iştirak edən, səsi və ifası ilə münsiflərin rəğbətini qazanan Aynişan Quliyeva oxuduğu mahnının müəllifinə hörmətsizlik edib. İfa zamanı ifaçı və mahnı barədə məlumatın əksini tapdığı titrdə sözlərin müəllifi anonim kimi qeyd olunub. Mahnının musiqisinin Polad Bülbüloğluya aid olduğu yazılsa da, şair Fikrət Qocanın adı orada öz əksini tapmayıb.

Əfruzə Ağayeva
Вернуться назад