Səidə Dadaşova ikinci dəfə ailə qurub
4-11-2015, 13:30. Разместил: heqiqet
İfaçı bu barədə “5/5” verilişində danışıb. O, bildirib ki, artıq ana da olub və övladına atasının adını qoyub: “Ailə qurmaq lazım idi. Məsləhətlərdən nəticə çıxartdım. Allah hamıya övlad payı qismət etsin. Oğlum 1 aylıqdır. İnsan gərək hər bir sözdən nəticə götürsün. Mən də məsləhətlərdən nəticə götürüb, ailənin vacib olduğunu başa düşdüm. Övladımla reklam olunmağı istəmirdim. Ona görə də gizlədirdim. Övladım bətnimdə olarkən mənə dəstək duranlar çox idi. Dostlarıma təşəkkür edirəm. Uşaq məni çox dəyişdirdi. Hara gedirəmsə, evə, oğlumun yanına tələsirəm. Çəkilişlərə gedəndə övladıma anam baxır".
Qeyd edək ki, bu S.Dadaşovanın ikinci evliliyidir. O, bundan əvvəl türkiyəli Səlçuk Gökgözlə ailəli idi.
Вернуться назад