Mehriban Xanlarova Kərimi məhkəməyə verdi
26-05-2015, 18:28. Разместил: heqiqet
Əməkdar artist Mehriban Xanlarova ifaçı Kərim Abbasovu məhkəməyə verib.Bu barədə tanınmış aktrisa özü ATV.az-a məlumat verib: "Kərimi məhkəməyə vermişəm, sənədlər hazırlanır, bu işlə vəkilim məşğul olur. Hər bir insan aqressiv ola bilər. Mən emosional insanam, özümü, elə olur ki, əsəbiləşəndə ələ ala bilmirəm. Çünki kamera önündə də, arxasında da mən eyni Mehribanam. Kim mənim haqqımı qoyub, nahaqqımı danışırsa, onunla Allah bilsin. Qaldı, Kərim Abbasova, o məni təhqir etdi. Görəsən, mən hansı pis hərəkətimlə onun anasına, bacısına, ailəsinə, ümumilikdə bütün dağlılara xələl gətirmişəm ki? Nə ləkəverici hərəkət etmişəm? Yaşda da ondan böyüyəm, sənətim də göz önündə. Üzqızardıcı hansı hərəkətimi görüb axı? Xanlarova soyadına ləkə gətirəcək heç bir hərəkət etməmişəm. Allahım şahidimdi. Mən birinci atamın soyadını daşıyıram. İkinci isə bütün Azərbaycanın, dünyanın Zeynəbi olan Zeynəb Xanlarovanın.... Mən Zeynəb xanımla həmişə demişəm ki, fəxr edirəm, indi də deyirəm. Məni məcbur etdi ki, onu məhkəməyə verim".
Əməkdar artist M. Xanlarova ifaçı Səidə Sultandan da danışıb. Səidənin Xanlarova haqqında səsləndirdiyi mənfi fikirləri bağışladığını və xanım olduğu üçün Səidəyə güzəştə getdiyini deyən aktrisa bu məsələyə də ATV.az vasitəsilə aydınlıq gətirib: "Səidə xanımdı. Allah görür, mənim ona qarşı ürəyimdə heç nə yoxdu. Deyib, keçirəm. Hər ikimiz xanım olduğumuz üçün məhkəmədə üzbəüz gələk, bir o desin, bir mən... Bunu istəmədim. Ancaq o bir daha mənim şərəf və ləyaqətimi təhqir etsə, o zaman heç nə düşünmədən, onu da məhkəməyə verəcəyəm".
Xatırladaq ki, hər iki məşhur dağlıdı. Bir neçə gün öncə Kərim Abbasov sosial şəbəkədə bu paylaşımı etmişdi: “Əslində mən bir dağlı olaraq xəcalət çəkirəm sizdən, Mehriban xanım… Sizin kimi həyasız insanın ucbatından bütün dağlı xanımlarının adı ləkələnir. Dağlı xanımı hər bir azərbaycanlı xanımı kimi qeyrətli və namuslu olur. Amma sizi görəndən sonra çox insanların beynində dağlılar başqa cür formalaşır. Azərbaycan incəsənətində dağlıların əvəzolunmaz yeri var. Bəsdir, biz dağlıların adına xələl gətirdiniz. Ən azından daşıdığınız Xanlarova soyadından utanın”.
Вернуться назад