Ağır xəstə olan Aşıq Azərə donor tapıldı
26-08-2016, 11:43. Разместил: heqiqet
“Hepatit B” diaqnozu ilə 3 ildir ki, yataq xəstəsi olan Aşıq Azərə qaraciyərinin mütləq dəyişdirilməsi bildirilmişdir.
Nəhayət, aşığın Odessada yaşayan əmisioğlu donorluq etməyə razılıq verib. Hazırda donorun vacib sayılan bəzi kriteriyalara cavab verib vermədiyi araşdırılır. Şərtlər uyğun gəlsə, yaxın zamanda əməliyyat keçiriləcək.
Qeyd edək ki, əməliyyat Mərkəzi Neftçilər Xəstəxanasında dövlət hesabına gerçəkləşdiriləcək.
Вернуться назад