DataLife Engine > sou > Türkan Şoray: "Azərbaycanı hər zaman çox sevmişəm"

Türkan Şoray: "Azərbaycanı hər zaman çox sevmişəm"


17-11-2016, 19:55. Разместил: heqiqet Türkan Şoray: "Azərbaycanı hər zaman çox sevmişəm" "İkinci dəfə qardaş və dost Azərbaycanda olduğuma görə çox şadam. Sevinirəm ki, növbəti dəfə azərbaycanlı pərəstişkarlarım, tamaşaçılarımla görüşürəm".
Bunu tanınmış türkiyəli aktrisa Türkan Şoray deyib.
O, qeyd edib ki, Azərbaycanı hər zaman çox sevib: "Hiss edirəm ki, məni də Azərbaycanda da çox sevirlər. Hər zaman azərbaycanlıların isti, doğma münasibətini hiss etmişəm. Bu, əlbəttə, məni çox sevindirir".
Вернуться назад