Sevgilisindən yenicə ayrılan Pərvin: "Kimlər gələcək, kimlər gedəcək"
18-11-2016, 09:56. Разместил: heqiqet
"Niyə pis olmalıyam ki? Kefim əladır. Həyat gözəldir. Hər şey oldu, bitdi. Cavan qızam. Toy yenə gözləyin. 26 yaşım var hələ ... Kimlər gələcək, kimlər gedəcək. (gülür -red) Hər gənc qızın həyatında olduğu kimi normal haldır ki, məndə sevim, mən də ayrılım. Bunu qeyri-adi təqdim etmək və ya buna pis reaksiya vermək lazım deyil. Şou biznesdə hansı xanımı misal çəkə bilərsiniz ki, bu xanım elə biri ilə görüşüb, onunla da evlənib? Nəinki şou biznes real həyatda da belədir".
Qeyd edək ki, P. Abıyeva yenicə sevgilisi ilə ayrılıb və o özü bu barədə sosial şəbəkədə açıqlama yayıb.
Вернуться назад