2016/2017-ci tədris ili üzrə keçiriləcək SAT imtahanlarının vaxtı açıqlayıb27-09-2016, 19:09
Çap et Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üzrə keçiriləcək SAT imtahanları və qeydiyyat tarixlərini açıqlayıb.TQDK-dan verilən xəbərə görə, 2016/2017-ci tədris ili üzrə 6 imtahanın keçirilməsi nəzərdə tutulub. İmtahanlar oktyabrın 1-i, dekabrın 3-ü, yanvarın 21-i, martın 11-i, mayın 6-sı və iyunun 3-də olacaq. İmtahanlara qeydiyyatdan keçmək üçün http://www.tqdk.gov.az/exam/sat/qeydiyyat/ keçiddən istifadə etmək olar. SAT (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanıdır. Dünyada hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-cü ilin sonunda ABŞ-ın ETS (Eductational Testing Service - Təhsil Qiymətləndirmə Xidməti) təşkilatının dəstəyi ilə “College Board” - Ali təhsilə qəbul Şurası tərəfindən hazırlanan SAT imtahanını Azərbaycanda test mərkəzi kimi TQDK tərəfindən keçirilməsinin icazəsini əməkdaşlıq razılaşması ilə əldə edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üzrə keçiriləcək SAT imtahanları və qeydiyyat tarixlərini açıqlayıb.