Xalq şairinin oğlu faciəli şəkildə ölüb
13-03-2017, 11:02. Разместил: heqiqet
Xalq şairi Fikrət Qocanın oğlu faciəli şəkildə dünyasını dəyişib.Şair-tərcüməçi Yalçın Qoca yıxılıb və ciddi xəsarət alıb. 52 yaşlı Y. Qoca xəstəxanaya aparılarkən yolda vəfat edib.
F. Qocanın qardaşı, tərcüməçi Hamlet Qoca isə bildirib ki, hadisə martın 11-də axşam saatlarında baş verib: “ Yalçının gözlərində problem var idi, son zamanlar səhhətindən də şikayət edirdi. Yalçın dünən özünü pis hiss edib, özündən gedib, başı səki daşına dəyib”.
Y. Qoca bu gün Bakıda “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Allah rəhmət eləsin!
Вернуться назад