DataLife Engine > tehsil > Azərbaycan Memarlıq və İnşaat Universitetində yazıçı, publisist, şairə Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildi

Azərbaycan Memarlıq və İnşaat Universitetində yazıçı, publisist, şairə Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildi


16-03-2017, 20:36. Разместил: heqiqet Azərbaycan Memarlıq və İnşaat Universitetində yazıçı, publisist, şairə Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildi Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində yazıçı, publisist, şairə Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildi.
Tədbirdə Universitetin müəllimləri,“Su Təsərrüfatı və Mühəndis Kommunikasiya sistemləri” fakültəsinin tələbələri iştirak etdilər.
Azərbaycan Yazıçılar Birliyinin və “Turkiye İlim ve Edebiyyat Eseri Sahibleri Meslek Birliyinin üzvü”, “Ulu Şirvan” qəzetinin təsisçisi və baş redaktoru, “Seyid Əzim Şirvanımusiqili Ədəbi-Bədii Poeziya Məclisi”nin sədri, , “Qızıl Qələm” media mükafatı laureatı, Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin şöbə müdiri , tanınmış yazıçı-publisist-şairəMətanət Ulu Şirvanlı ilə keçirilən yaradıcılıq gecəsində onun yaradıcılığı haqqında söhbət açıldı.
Tələbələr vətən, torpaq, el-oba, vətənə məhəbbət mövzusunda olan şeirlər söylədilər.
Yaradıcılıq gecəsində “Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri” fakültəsinin dekanı, texnika üzrə fəlsəfə doktoru Zakir Musayev, həmin fakültənin dekan müavini, texnika üzrə fəlsəfə doktoru Mansur Zərbəliyev, “Meliorasiya və Su Təsərrüfatı Tikintisi Kafedrasının dossenti” Fail İsmayılov, sözügedən kafedranın dossenti, texnika üzrə fəlsəfə doktoru Fərzəli Həsənov iştirak etdilər.
Tədbirin sonunda texnika üzrə fəlsəfə doktoru Zakir Musayevşairəninyaradıcılığı haqqında geniş söhbət açdı, görüşün əlamətdar bir günə - “Novruz bayramı”na təsadüf etdiyini bildirdi. Vurguladı ki, şairənin şeirləri dəbahar nəfəsi ilə köklənmişdi. Zakir Musayev çıxışının sonunda şairəyə yeni yaradıcılıq uğurları arzuladı. Keçirilən ədəbi görüşdətələbə-gənclər adından şairəyətəşəkkür etdi. Gənclərin mənəvi dünyasının genişləndirilməsini və vətənpərvərlik ruhunun yüksəldilməsini nəzərə alaraq belə görüşlərin keçirilməsinin vacib olduğunu vurğuladı.
Tədbirin sonunda Mətanət Ulu Şirvanlı Memarlıq və İnşaat Universitetinin rektoru Gülşöhrə Məmmədovaya, müəllim və tələbələrə öz dərin təşəkkürünü bildirdi. Sonda xatirə şəkilləri çəkildi.

Hüseynbala Həsən

Azərbaycan Memarlıq və İnşaat Universitetində yazıçı, publisist, şairə Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildiAzərbaycan Memarlıq və İnşaat Universitetində yazıçı, publisist, şairə Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildiAzərbaycan Memarlıq və İnşaat Universitetində yazıçı, publisist, şairə Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildiAzərbaycan Memarlıq və İnşaat Universitetində yazıçı, publisist, şairə Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildiAzərbaycan Memarlıq və İnşaat Universitetində yazıçı, publisist, şairə Mətanət Ulu Şirvanlının yaradıcılıq gecəsi keçirildi

Вернуться назад