Mikayıl Cabbarov əmr imzaladı
6-04-2017, 10:37. Разместил: heqiqet
Məktəbəhazırlıq qruplarının müəllimlərinin, əsasən, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmiş və həmin dərs ilində IV siniflərlə işləyəcək ibtidai sinif müəllimləri arasından seçilməsi nəzarətdə saxlanılmalı, məktəbəhazırlıq qruplarının müəyyən olunmuş qaydalar əsasında komplektləşdirilməsi təmin edilməlidir.
Bu ilin avqust ayının sonunadək əlavə olunan formalar üzrə məlumatlar və görülən işlər barədə yazılı hesabat nazirliyə göndərilməlidir.
Məcburi köçkün məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə əsas vermədiyi hallarda həmin uşaqlar məktəbəhazırlıq təhsilinə ərazi üzrə yerli məktəblərdə cəlb ediləcək.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
Вернуться назад