Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Müəllimlərin işə qəbulu zamanı qeyri-qanuni hallara rast gəlinməyib
14-04-2017, 12:33. Разместил: heqiqet
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, paytaxt məktəblərinin kadr təminatı məsələsi bütövlükdə Təhsil İdarəsi tərəfindən elektron qaydada tənzimlənir.
Onun sözlərinə görə, hətta müvəqqəti yaranan vakansiya barədə idarə dərhal məlumatlandırılır: “Çünki əmək haqları alınanda, bu faktlar mütləq üzə çıxacaq. Bu gün istər əmək haqqı, istərsə də kadrlar məsələsi elektron qaydada həyata keçirildiyindən belə faktları gizlətmək və ya məlumatı saxtalaşdırmaq mümkün deyil. Hələlik belə bir faktlarla qarşılaşmamışıq”.
Вернуться назад