DİM: 120 mindən çox şagirdin yalnız 22 faizi ötən il XI sinfi başa vurub
27-04-2017, 09:51. Разместил: heqiqet
Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci sayında yazılıb.
Bildirilir ki, 2014-cü ildə IX sinif üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin sayı 111868 nəfər olub və onların 18 faiz təhsilini davam etdirməyib. Bu kontingent buraxılış imtahanında əsasən “2” və “3” qiymət alanlardır. Belə zəif nəticə göstərənlərin təxminən 73 faiz kənd məktəblərini təmsil edir. IX sinfi bitirənlərin yalnız 6 faizi təhsilini peşə liseylərində və orta ixtisas təhsili müəssisələrində davam etdirib. Şagirdlərin qalan 76 faizi isə 2016-cı ildə tam orta təhsilini başa vurub. Nəticədə 2005-ci ildə I sinfə daxil olan 123935 nəfər şagirdin 70 faizinin tam orta təhsil səviyyəsini, 22 faizinin isə ümumi orta təhsil səviyyəsini başa vurduğu məlum olub.
Dövlət İmtahan Mərkəzi 2016-cı ildə ali məktəblərə qəbul üçün ərizə verən, lakin qəbul olmayan kontingentin sonrakı 5 ildə neçə faizinin ali məktəblərə qəbul olacağını proqnozlaşdırıb. Bu proqnoza əsasən, həmin kontingentin təxminən 18 faizinin sonrakı 5 il ərzində ali məktəbə qəbul olacağı ehtimal olunur. 2005-ci ildə I sinfə qəbul olan 123935 şagirdin 62 faizi əmək bazarına heç bir peşə və ixtisas üzrə təhsil almadan çıxacaq.
Вернуться назад