ÖZ FƏNNİNƏ YARADICI YANAŞAN MÜƏLLİM
29-06-2017, 10:03. Разместил: heqiqet
2016-cı ilin son aylarında Mürşüd Fərəcov, Sevda Axundova və İradə Babaxanovanın müəllifi olduğu “Yeni təlim strategiyası - müasir kimya dərsləri” adlı 416 səhifədən ibarət kitab işıq üzü görmüşdür. Kitabın elmi redaktoru pedaqoji elmlər doktoru Akif Əliyevdir. Kitaba rəyi kimya elmləri üzrə fəlsəfə doktoru Əyyub Əzizov və pedaqoji elmlər doktoru Akif Əliyev vermişdir. İradə Babaxanovanın da yaradıcılığının məhsulu olan bu kitabda kimya fənn kurikulumunun məzmunu haqqında məlumat verilmiş, ümumtəhsil məktəblərində yeni təhsil strategiyasına əsaslanan qabaqcıl kimya müəllimlərinin iş təcrübəsindən dərs nümunələri öz əksini tapmışdır. Altı fəsildən ibarət olan bu kitabda kimya təliminin məzmunu, inteqrativlik və onun əhəmiyyəti, təlim starategiyası, kimyanın tədrisində inteqrativ dərs nümunələri, kimyanın tədrisində fəal təlim metodlarından istifadə, kimyadan müstəqil işlərin təşkili başlıqları özünə yer tapmışdır. Bu metodik vəsait kimya və biologiya müəllimlərinə metodik köməklik məqsədilə hazırlanmışdır.
Fərhad Əsgərov
Вернуться назад