Boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb
22-08-2017, 14:55. Разместил: heqiqet
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlər avqustun 22-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər).
Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
Вернуться назад