DataLife Engine > tehsil > “Azərbaycanın dünya mədəniyyət sivilizasiyasına verdiyi töhfələr, multikultural dəyərlər” mövzusunda konfrans keçirildi

“Azərbaycanın dünya mədəniyyət sivilizasiyasına verdiyi töhfələr, multikultural dəyərlər” mövzusunda konfrans keçirildi


31-10-2017, 15:13. Разместил: heqiqet “Azərbaycanın dünya mədəniyyət sivilizasiyasına verdiyi töhfələr, multikultural dəyərlər” mövzusunda  konfrans keçirildi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dəstək Şurasının maliyyə dəstəyi ilə “Müasir Qadın və Cəmiyyət” İctimai Birliyi tərəfindən Bakı Dövlət Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetindətəhsil alan xarici ölkə tələbələrinin iştirakı ilə “Azərbaycanın dünya mədəniyyət sivilizasiyasına verdiyi töhfələr, multikultural dəyərlər” mövzusunda tədbirlərkeçirilmişdir. Hər ikikonfransda dini diskriminasiyanın, irqçiliyin yayıldığı bir dövrdə Azərbaycan dövlətinin multkulturalizmi, tolerantlığı özünün dövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevirdiyi qeyd edilib. Həmçinin “İslam həmrəyliyi ili” çərçivəsində Azərbaycan höküməti tərəfindən görülən işlər, Ermənistannın Azərbaycana təcavüzü, Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi-dini abidələrimizin erməni vandalları tərəfindən dağıdılması, bu ərazidə mövcud olan maddi-milli sərvətlərimizin özününküləşdirilməsinə cəhd göstərilməsi və s. barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan tarixi daim müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin vahid dəyərlər naminə birləşdiyinin şahidi olmuşdur. Bu vahid dəyərlər azadlıq və firavanlıq, müasir tariximizdə isə müstəqillik və demokratik dəyərlərdən ibarətdir. Məhz dinlər arasında əmin-amanlığın təmin edilməsi, çoxmədəniyyətliliyin inkişafı ölkədə demokratik dəyərlərin tərəqqisinə yol açan əsas amillərdəndir. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın tolerantlıq nümunəsi kimi tanınması təsadüfi xarakter daşımır. 50-dən artıq xalqın nümayəndəsinin yaşadığı respublikamızda müsəlman məscidləri ilə yanaşı atəşpərəst məbədi, katolik kilsəsi, sinaqoq, pravoslav məbədləri uzun illərdir ki, fəaliyyət göstərir və bu tarixi mədəniyyət abidələrinin bərpası ilə yanaşı yeniləri də tikilir. Onların coğrafi yaxınlığı faktı belə yüksək tolerantlıqdan xəbər verir. Tədbirlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və hər iki universitetin professor-müəllimləri geniş, ətraflı məruzələrlə çıxışlar ediblər.
Qeyd edək ki,Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanın dünya mədəniyyət sivilizasiyasına verdiyi töhfələr, multikultural dəyərlərin xarici ölkə KİV-lərində təbliği” adlı layihənin əsas məqsədi ölkəmizin milli maraqlarını, multikultural dəyərlərini, tolerantlığını və islam həmrəyliyini xarici ölkələrdə təbliğ etmək, islamafobiya meyillərinin qarşısının alınmasına dəstək olmaqdan ibarətdir.

Fidan Maqsudova
Müasir Qadın və Cəmiyyət İB sədri


“Azərbaycanın dünya mədəniyyət sivilizasiyasına verdiyi töhfələr, multikultural dəyərlər” mövzusunda  konfrans keçirildi“Azərbaycanın dünya mədəniyyət sivilizasiyasına verdiyi töhfələr, multikultural dəyərlər” mövzusunda  konfrans keçirildi“Azərbaycanın dünya mədəniyyət sivilizasiyasına verdiyi töhfələr, multikultural dəyərlər” mövzusunda  konfrans keçirildi“Azərbaycanın dünya mədəniyyət sivilizasiyasına verdiyi töhfələr, multikultural dəyərlər” mövzusunda  konfrans keçirildi
Вернуться назад