DataLife Engine > tehsil > Təhsil Nazirliyi 3000-ə yaxın müraciəti araşdırır - Diplomlarla bağlı

Təhsil Nazirliyi 3000-ə yaxın müraciəti araşdırır - Diplomlarla bağlı


4-12-2017, 11:20. Разместил: heqiqet Təhsil Nazirliyi 3000-ə yaxın müraciəti araşdırır - Diplomlarla bağlı Təhsil Nazirliyi (TN) sahəsində ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) məqsədi ilə araşdırdığı müraciətlərin sayını açıqlayıb.
Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, bu il Akkreditasiya və Nostrifikasiya İdarəsi nostrifikasiya sahəsində ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) məqsədi ilə 2834 müraciəti icraata qəbul edib.
TN-dən əlavə edilib ki, xaricdə təhsil alan tələbələrin diplomlarının tanıdılması məqsədilə yeni qaydalar layihəsi hazırlanıb. Yeni qaydalar layihəsi rəy və təkliflərin bildirilməsi ucun aidiyyəti dövlət qurumlarına göndərilib.
Вернуться назад