DataLife Engine > tehsil > “Formula -1”ə görə bəzi məktəblərdə dərslər dayandırıldı

“Formula -1”ə görə bəzi məktəblərdə dərslər dayandırıldı


25-04-2018, 11:49. Разместил: heqiqet “Formula -1”ə görə bəzi məktəblərdə dərslər dayandırıldı Azərbaycanda keçiriləcək "Formula -1” yarışları ilə əlaqədar Bakının 3 məktəbində dərslər dayandırılıb.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may tarixli yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.
Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-Prisi aprelin 25-29 tarixlərində keçiriləcək.
Вернуться назад