Azərbaycanın bugünkü və gələcək inkişafı müstəqilliyimizin möhkəmləndirilməsinə yönəlmişdir
25-05-2018, 14:17. Разместил: heqiqet
Prezident İlham Əliyev müstəqil Azərbaycanın YENİ İNKİŞAF MƏRHƏLƏSİNİN QÜDRƏTLİ MEMARI, geniş mənada isə bütövlükdə yeni epoxanın, müasir dövrün görkəmli siyasi lideridir. Müstəqil Azərbaycan dövləti yeni tarixi mərhələdə yetkin, əsaslandırılmış, sınaqlardan çıxmış siyasi təlimin işığında böyük sabahlara doğru qətiyyətlə addımlamaqda davam edir.
Azərbaycan Prezidentl özünü bütün sahələrdə tam təsdiq etmiş Heydər Əliyevin dövlətçilik təlimini əsas kimi qəbul etməklə yanaşı, bu həmişəyaşar siyasi kursu yeni dövrün, dünyada baş verən proseslərin gerçəkliklərinə uyğun olaraq daim inkişaf etdirir, qiymətli əlavələrlə zənginləşdirir. Hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın müasir reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək İlham Əliyev idarəetməsinin əsasını təşkil edir. Prezident İlham Əliyevin şəxsində siyasi varisliklə novatorluq, ənənə ilə yeniləşmə, müasirləşmə və modernləşdirmə vəhdət təşkil edir. Məsələnin bu cəhəti ölkəmizin rəhbərini dünyada son illərdə böyük siyasətə gəlmiş yeni dövlət başçılarından fərqləndirir və ölkəmizə böyük uğur gətirir. Zəngin tarixi təcrübə ilə müasir yaradıcı təfəkkürün vəhdəti, daim yenilik ruhu, yüksək vətənpərvərlik missiyası Prezident İlham Əliyevin dövlət başçısı simasının özünəməxsusluqlarını səciyyələndirir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni tipli görkəmli dövlət başçısı olduğunu, bütövlükdə müasir dövrün qüdrətli siyasi liderlərindən biri səviyyəsinə yüksəldiyini əyani şəkildə nümayiş etdirir.
Azərbaycan öz dinamik iqtisadi tərəqqisinə görə dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Belə ki, həyata keçirilən rasional iqtisadi strategiyanın fonunda müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, kompleks səciyyəli iqtisadi islahatların həyata keçirilməsi, iqtisadi subyektlərin fəaliyyət mexanizminə əlverişli şəraitin yaradılması və digər bu kimi istiqamətlər prinsipial vəzifələr kimi müəyyən edilib. Eləcə də, Azərbaycan dövləti bütün bu vəzifələrin öhdəsindən layiqincə gələrək milli inkişafı ən yüksək səviyyədə təmin edir. Bu da o anlama gəlir ki, Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir.
Bir sözlə, keçdiyimiz qısa tarixi dövr sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir.
2018-ci ildə Cümhuriyyətimizin 100 illiyi ilə əlaqədar sərəncamın verilməsi də ölkə rəhbərinin müstəqillik zəminlərinə bir diqqətidir. Xalqımız dövlətimizin 100 illik tarixi aspektləri ilə müstəqillik ideyalarını bu gün də yaşadır və gələcək nəsillərə ötürür.
Yeganə Baxşəliyeva,
Bakı şəhəri 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi,
"Qızıl Qələm" və "İlin müəllimi" media mükafatları laureatı
"Müstəqil Azərbaycan - 100" media mükafatına layiq görüldüyünə görə, Yeganə xanımı təbrik edirik!
Hahidə Aslanqızı
Вернуться назад