Magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi başa çatıb
4-06-2018, 09:56. Разместил: heqiqet
DİM-dən verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 25 imtahan mərkəzində aparılıb.
İmtahan bütün binalarda eyni vaxtda - saat 12:00-da başlanıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb. İmtahanın idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib. Müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun keçirilib, bakalavrların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İyunun 4-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Вернуться назад