DataLife Engine > tehsil > Dövlət Komitəsi Bakıda şagirdin özünü 3-cü mərtəbədən atmaq istəməsi ilə bağlı araşdırma aparacaq

Dövlət Komitəsi Bakıda şagirdin özünü 3-cü mərtəbədən atmaq istəməsi ilə bağlı araşdırma aparacaq


11-10-2018, 15:45. Разместил: heqiqet Dövlət Komitəsi Bakıda şagirdin özünü 3-cü mərtəbədən atmaq istəməsi ilə bağlı araşdırma aparacaq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakıda valideynlərinin hansısa dini təriqətin təsiri altında olduğu deyilən şagirdin özünü məktəb binasının 3-cü mərtəbəsindən atması ilə bağlı araşdırma aparacaq.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, bu barədə komitədə hələ rəsmi məlumat yoxdur: "Amma Dövlət Komitəsi tərəfindən bu məsələ araşdırılacaq".
Qeyd edək ki, Bakıda 302 nömrəli məktəbin 3-cü sinif şagirdi oktyabrın 10-u saat 08:48 radələrində, tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib. Məktəbdən verilən məlumata görə, şagirdin valideynləri dini təriqətin təsiri altındadırlar.
Вернуться назад