DataLife Engine > tehsil > Həzakət xanım Qasımovanın ömür yolu

Həzakət xanım Qasımovanın ömür yolu


27-11-2018, 16:04. Разместил: heqiqet Həzakət xanım Qasımovanın ömür yolu “Heqiqet.az” saytının keçirdiyi rəy sorğusuna əsasən ADPU-nun İnsan və heyvan fiziologiyası kafedrasının baş müəllimi Həzakət İsmayıl qızı Qasımova “Azərbaycan ziyalısı” fəxri media mükafatına layiq görülüb.
Bu münasibətlə Həzakət xanımı ürəkdən təbrik edir və ona işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.


Həzakət İsmayıl qızı Qasımova, ADPU-nun İnsan və heyvan fiziologiyası kafedrasının baş müəllimi, "Ümumdünya Qadınlar Klubu"nun üzvü, YAP-ın üzvü, "Müstəqil Azərbaycan -100" mükafatı və "İlin qadını" medalı mükafatı laureatı,
Qasımova Nəzakət İsmayıl qızı 7 oktyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. 1954-1964-cü illər ərzində Bakı şəhərində 189 saylı orta məktəbdə təhsil alıb. 1966-1971-ci illərdə APİ-nin (indiki ADPU) Biologiya fakültəsinin biologiya ixtisasını bitirib.
1964-cü ildə V.I.Lenin adına APİ-nin fizika riyaziyyat fakültəsində işləyib. 1970-ci ildə APİ -nin "İnsan və heyvan fiziologiyası" kafedrasında laborant, 1983-cü ildə isə baş laborant vəzifəsində işləmişdir. 1995-ci ildə müsabiqədən keçərək kafedrada müəllim işləməyə başlamışdır. 2004-cü ildən baş müəllim kimi fəaliyyət
göstərir. 2002-ci ildən YAP-ın üzvüdür.
ADPU-da histologiya, insan və heyvan fiziologiyası fənlərini tədris edir. Bir çox elmi konfranslarda və simpoziumlarda iştirak etmişdir. 34 elmi məqalə, 1 proqramı və 2 tezisi çap olunmuşdur. Bu illər ərzində elmi fəaliyyəti və yüksək ixtisaslı kadrlar hazırladığı üçün 2017-ci ilin oktyabr ayında ADPU-nun "Fəxri fərman"ı ilə təltif olunub
Ailəlidir, 2 övladı və 3 nəvəsi var.
2018-ci ildə təhsilə və elm sahəsində uğurlarına görə "Bizim Lider" qəzetinin mükafatları ilə təltif olunub:
"Müstəqil Azərbaycan -100" mükafatı laureatı, "İlin qadmı" media medalı mükafatçısıdır.
P.S.: Nəzakət xanım Qasımova ümummilli lider haqqında ürək sözlərini dedi:
- Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ali siyasi hakimiyyətə qayıdışı ölkə həyatının bütün sahələrində olduğu kimi, xarici siyasətin həyata keçirilməsində də əsaslı dəyişikliklərə gətirib çıxartdı. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra mühüm vəzifələrdən biri düzgün və elmi əsaslara söykənən xarici siyasət xəttinin işlənib hazırlanması və həyata keçirilməsi idi. Ancaq, bəlli olduğu kimi, müstəqilliyin ilk illərində, yəni 1991-ci ildən 1993-cü ilin iyun ayınadək ölkədə hakimiyyətdə olmuş dairələr xarici siyasət sahəsində əsaslı bir iş görməmişdilər. Həmin illərdə iqtidarda olanların naşı və səriştəsiz əməlləri nəticəsində müstəqil Azərbaycan beynəlxalq aləmdən təcrid vəziyyətinə salınmış, ölkəmiz bölgədə təklənmiş və milli maraqlarımız zərbə altında qalmışdı. Görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra məhz onun ciddi səyləri nəticəsində vəziyyəti düzəltmək, bölgədə və ümumilikdə dünyada Azərbaycana münasibəti müsbətə doğru dəyişmək mümkün olmuşdur. Heydər Əliyevin xarici ölkələrə ardıcıl səfərləri, beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlər, aparılan gərgin işlər sayəsində az zaman içərisində Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığı, ölkəmizin sosiai-iqtisadi vəziyyəti və potensialı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılmış, respublikanın xarici siyasətinin əsas prinsipləri və istiqamətləri müəyyən edilmişdir. Müstəqil Azərbaycanın beynəlxalq və regional təşkilatlarla ikitərəfli əlaqələrinin tam şəkildə qurulması, bu yöndə siyasətin konseptual əsaslarının yaradılması və həyata keçirilməsi yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən ali siyasi hakimiyyətə qayıdışından sonra mümkün oimuşdur. Yüksək tələbkarlığı, tükənməz enerjisi ilə fərqlənən Heydər Əliyev bu imkanlardan mahir rəhbər kimi istifadə edərək nə kimi potensiala malik olduğunu qısa müddətdə əyani şəkildə nümayiş etdirdi. O, yeni tipli lider kimi təkcə ittifaq miqyasmda tannınmadı. Heydər Əliyevə xas olan istedadlı rəhbər, görkəmli dövlət xadimi və mahir diplomat keyfiyyətləri Moskvada işlədiyi müddətdə tezliklə ona çox böyük nüfuz və şöhrət qazandırdı. Hər bir xalqın tarixdəki yeri və rolu hansısa mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri formalaşdırmış dahi şəxsiyyətlərin fövqəladə missiyası ilə şərtlənir. XX əsr Azərbaycan tarixinin fenomenal şəxsiyyəti olan ümummilli lider Heydər Əliyev də məhz belə liderlərdən biri kimi xalqının taleyində misilsiz rol oynamış, onu tarixən can atdığı azadlıq, müstəqillik ideallarına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür.
Hər bir xalqın tarixdəki yeri və rolu hansısa mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri formalaşdırmış dahi şəxsiyyətlərin fövqəladə missiyası ilə şərtlənir. XX əsr Azərbaycan tarixinin fenomenal şəxsiyyəti olan ümummilli lider Heydər Əliyev də məhz belə liderlərdən biri kimi xalqının taleyində misilsiz rol oynamış, onu tarixən can atdığı azadlıq, müstəqillik ideallarına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasmı irəli sürmüşdür.
İndi obyektivlik hissini itirməyən hər bir azərbaycanlı müasir Azərbaycan dövlətinin qurucusunun Heydər Əliyev olduğunu etiraf edir. Ulu öndərdövlət idarəçiliyinin bütün mərhələlərində milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış müdrik siyasət yeritmişdir.
1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilən 46 yaşlı Heydər Əliyev elə ilk plenumda Azərbaycan dilində çıxış etməklə köhnə stereotipləri puça çıxardı. O dövrün siyasi xadimlərinin güclü cəhətlərini və zəifliklərini öyrənən, zəngin, təbii sərvətlərinə, istehsal potensialına baxmayaraq, Azərbaycanın keçmiş sovet məkanında geridə qalmış respublikalar sırasına düşməsinin səbəblərini araşdıran Heydər Əliyev elə ilk vaxtlardan peşəkar dövlət xadimi olduğunu sübuta yetirdi. Ulu öndərin qənaətincə Azərbaycanada ilk növbədə milli-mənəvi ruh yüksəldilməli, azərbaycanlıların öz ənənələrinə, köklərinə bağlılığı sürətləndirilməli, xalqın müstəqil yaşaya bilməsi üçün lazım olan maddi-texniki baza yaradılmalı idi. Heydər Əliyevdən əvvəlki rşspublika rəhbərliyində çatışmayan keyfiyyət məhz bu idi ki, onlar adi nomenklatur məmur kimi respublikada mərkəzin siyasətini həyata keçirmiş, bu siyasətin Azərbaycan xalqının mənafeyinə zidd olan məqamlarında cəsarət, qətiyyət nümunəsi göstərib sözlərini deməmişdilər.
Belə bir böhranlı dövrdə respublikaya rəhbər təyin olunan Heydər Əliyev durğunluq girdabında cabalayan Azərbaycanın simasını tamamilə yeniləşdirdi, torpaq iddialarının gerçəkləşməsi üçün fürsət axtaran ermənilərin arzularını gözündə qoydu. Ulu öndər Heydər Əliyevin gərgin əməyi, qətiyyəti, fitri idarəcilik qabiliyyəti və vətənpərvərliyi sayəsində Azərbaycan keçmiş ittifaqın geridə qalmış əyalətindən bütün sahələrdə sürətlə inkişaf edən, yüksələn respublikaya çevrildi. Böyük öndərin tarixi missiyası həm də artıq o dövrdə xalqın daxilində toplanan milli ruhu və ideyanı rejimin hücumlarından qoruyaraq, xalqın milli yüksəlişini təmin etmək idi. Ulu öndər Heydər Əliyevin sovet siyasi arenasmda rəhbərliyə gəlməsi ilə Azərbaycanda milli özünüdərk hissi gücləndi və bütün ideoliji maneələri dəf edərək müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açdı.
Nəzakət xanım bizimlə söhbətində dedi:
- "Ümumdünya Qadmlar Klubu"nun üzvüyəm və həmin qrupun üzvü kimi Qocalar və körpələr evinə yardım göstəririk. Klubun üzvləri ilə birlikdə Kıprdə və Amerikada keçirilən konfranslarda iştirak etmişik. ^ "Ümumdünya Qadmlar Klubu"nda ictimai fəaliyyətlə məşğulam. Klubumuzun üzvləri əsasən qadınlardan ibarətdir. Bu klubu yaratmaqda məqsəd xeyriyyəçilik etmək, Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməkdir. Klubun üzvləri ölkəmizin hər bölgəsindən bizimlə birgə bütün tədbirlərimizdə iştirak edirlər: Şüvəlan, Buzovna, Saray, Şağan, Şamaxı, Salyan və başqa uşaq və qocalar evlərinə xeyriyyəçilik məqsədilə gedib görüşlər keçiririk. Azərbaycanlı qadınlarla yanaşı, xarici ölkələrdən də bu nəcib təşəbbüsə qoşulurlar. Onlar bizi öz ölkələrində keçirilən konfranslara dəvət edirlər. Çətində, darda olan insanlara yardım edərək, maddi və mənəvi dəstək olmaq devizimizdir. Klubun prezidenti doktor Racani Bakıda yerləşən Hind klinikasında çalışır.
Dünya qadınları ilə görüşümüz getdikcə çoxalır. Birgə əməkdaşlıq və dostluq əlaqələrimiz möhkəmlənir. Vətənimiz Azərbaycanı, ümummilli liderimiz Heydər Əliyevin bizə miras qoyduğu ölkəmizi təmsil edərək qürur hissi keçiririk. Xalqımızın milli adət-ənənələrini, tarixi keçmişini, milli soy-kökümüzü yaşatmaq hər bir vətəndaşımızın müqəddəs borcudur! Yaşasın müstəqil, suveren Azərbaycan!
Həzakət xanım Qasımovanın ömür yoluHəzakət xanım Qasımovanın ömür yolu
Tanrı Nəzakət xanıma gözəl nəvələr bəxş edib. Azərbaycan xalqının çiçəklənməsi naminə əlindən gələni əsirgəməyən Nəzakət xanımın nəvələrini sizə təqdim edirik:
Həzakət xanım Qasımovanın ömür yolu
Rəsul Səmədov Bakı şəhəri 189 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdidir. Çox məsuliyyətli şagirddir. O, hər zaman müəllimlərinə hörmətlə yanaşır, dərslərinə hazır olur. Vətənpərvər Rəsul torpağa olan məhəbbətini daima söylədiyi şeirlərdə, musiqilərdə hamıya çatdırmaq istəyir. Ətrafdakıları heyran edən Rəsul valideynlərinin, nənə və babasının sevimlisidir. Onun hər bir uğuru dostlarını sevindirir, dostluğu sevir. Ona görə yanında mehriban dostları var. Musiqiyə həvəsi lap kiçik yaşlarmdan başlayıb. Dəfələrlə pianinoda gözəl musiqilər ifa edərək hamını heyran edir. O dahilərin əsərlərini dinləyir, onlardan öyrənməyə çalışır. Daima ucalığa can atır, mübarizdir. Təbiəti çox sevir. Rəsul həmişə deyir: "Vətən", "ana" kəlmələri müqəddəsdir. Vətənimizin hər qarışı bizə əzizdir. Biz gənc nəslin borcu onu düşmənlərdən qorumaqdır. Mən vətənimə layiqli övlad olacağam. Müəllimlərimin və valideynlərimin etimadını doğruldacağam. Bu hər birimizin borcudur. Mən torpağımızı, bayrağımızı, gerbimizi, himnimizi sevirəm."
Həzakət xanım Qasımovanın ömür yolu
Hər bir gəncin mənəvi tərbiyəsinin zənginliyi, inkişaf etdirilməsi məhz təhsil illəri ilə əlaqəlidir. Bu illərdə müəllim cəmiyyət üçün dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır. Zakir Səmədov məhz belə vətənpərvər gənclərdəndir. Qəlbi daima vətən sevgisi ilə çırpınır. Məktəbdə oxuduğu illərdə müəllimləri ona böyük ümidlər bəsləyirdilər. Hər zaman uğurları ilə ailəsini sevindirirdi. Müəllimlərinin əməyini yerdə qoymadı... O, artıq Vilnüs Texniki Universitetin IV kurs tələbəsidir. Vətəndən çox uzaqlarda olsa da, qəlbi daim vətən sevgisi ilə çırpınır. Arzusu əsl mütəxəssis kimi Azərbaycana qayıtmaqdır. Vətənin şərəfini hər şeydən üstün tutaraq, beynəlxalq arenda bir-birindən möhtəşəm qələbələr qazanan gənclər kimi Zakirin də çox böyük arzuları var.
Dilimizə olan məhəbbət sonsuzdur. Mərhum prezidentimiz Heydər Əliyevin göstərişi və tələbi belə idi. Hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dili, dövlət dilini bilməlidir. Ana dilini mükəmməl bilən, onu sevən Zakir ingilis, fransız dillərini də bilir. Bu müasir gənc üçün ən böyük üstünlükdür.
***
Ulu öndər Heydər Əliyev həyatın hər sahəsinə nüfuz etmiş, bütün peşə sahiblərinin diqqət mərkəzində saxlamışdır. Gənc nəslin təlim-tərbiyəsi ilə bağlı ulu öndərin gənclərə göstərdiyi müstəsna qayğısına vurğulamaq istərdik. Ulu öndər işinin çox olmasma baxmayaraq gənclərlə görüşlər keçirirdi. Bu görüş gənclərin qırılmış ümidini geri qaytardı, onları düzgün istiqamətə çəkdi, vətən, xalq naminə qurucu işə sövq etdi. Bu gün Azərbaycan gəncləri respublikamızın çiçəklənməsi naminə öz işinə ciddi yanaşır. Ali məktəbi başa vurub vətənin bayrağını yüksəklərə qaldırırlar. Bu gün fəxr etdiyimiz gənclərdən biri də Nəzakət xanımın nəvəsi Fidandır. Onun gələcəyi parlaqdır.
Həzakət xanım Qasımovanın ömür yolu
Fidan Səmədova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının III kurs tələbəsidir. O, təhsil aldığı təhsil ocağında seçilən tələbələrdəndir. Onun çoxlu arzuları var. Modelyer olmaq istəyir. İncə zövqlü Fidan hamıya bildiyi işdə kömək edir. Milli geyimlərimizə marağı çoxdur, adət-ənənələrimizə bağlıdır. Torpağına bağlı olan Fidan çəkdiyi rəsm əsərlərində bunu göstərməyə çalışır. Nənəsi onunla qürur duyur. Nəzakət xanım geyimləri ilə bağlı məsləhəti Fidandan alır, ona inanır. Ürəyinin saflığını Fidanın üzündə bunu oxumaq olar. Gələcəyə ümidlərlə baxan Fidan daima öz üzərində çalışır.

Вернуться назад