Bakıda 7-ci sinifdə oxuyan qızı məktəbə qoymurlar
13-12-2018, 12:05. Разместил: heqiqet
Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Belə ki, məlumata görə, qızın təhsil almasına atası və nənəsi mane olur. Bildirilir ki, qızı məktəbdən çıxarıb ərə verəcəklər.
Məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Вернуться назад