Müəllimlər həyəcan içindədir: 2 günün pulu maaşdan çıxılacaq? - RƏSMİ CAVAB
22-01-2019, 10:21. Разместил: heqiqet
BAKU.WS-ə daxil olan məlumata görə, həmin günlərin pulu müəllimlərin əmək haqqından çıxarılacaq.
Artıq məsələ ilə bağlı bütün təhsil ocaqlarında çalışan müəllimlər qeyri-rəsmi olaraq məlumatlandırılıb.
Maaşlarını az alacağından narahat olan təhsil işçiləri narazılıqlarını kimə müraciət edəcəklərini bilmirlər.
Təhsil Nazirliyindən BAKU.WS-ə verilən açıqlamada, yayılan söz-söhbətin əsassız olduğu bildirildi:
"Mövcud əmək qanunvericiliyinə uyğun olaraq 17-18 yanvar tarixləri üzrə işçilərin əməkhaqqı ödəniləcək".
Вернуться назад