DataLife Engine > tehsil > Formaları məktəblərə satdırırlar - Millət vəkili

Formaları məktəblərə satdırırlar - Millət vəkili


25-01-2019, 11:55. Разместил: heqiqet Formaları məktəblərə satdırırlar - Millət vəkili "Yerlərdə məktəb formalarını məktəblərə satdırırlar. Bununla bağlı narazılıqlar var. Narazılıqların yaranmaması üçün nə isə düşünmək lazımdır.”.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Deputat müəllimlərin həm sertifikasiyadan, həm də diaqnostik qiymətləndirmədən keçirilməsini düzgün saymayıb. O hesab edir ki, bu proseslərdən biri həyata keçirilməlidir: "Sertifikasiya olacaqsa, diaqnostik qiymətləndirmənin olmasına nə ehtiyac var?! Qanunda yazılır ki, müəllim 5 ildən bir sertifikasiyadan keçməlidir. Müəllim onda aradakı müddətdə də diaqnostik qiymətləndirmədən keçməlidir? Bu məsələ sual doğurur".
Вернуться назад