Mehriban xanımı həyatının unudulmaz tarixi-doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm!
26-08-2020, 10:15. Разместил: heqiqet
Bu baxımdan cənab İlham Əliyevin 2019-cu il dekabrın 20-də Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü çərçivəsində Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşündə hörmətli Mehriban xanım Əliyevanın dövlətçiliyimiz qarşısında, xüsusən də Azərbaycan-Rusiya əlaqələrinin inkişafı sahəsində göstərdiyi müstəsna xidmətlərinə verdiyi yüksək qiymət təsadüfi sayılmamalıdır: “Bu il Mehriban xanımın Rusiyaya çox uğurlu rəsmi səfəri baş tutdu. Səfər çox yüksək səviyyədə təşkil edildi. Prezident Vladimir Vladimiroviç Putin ilə görüşü, Prezident tərəfindən Mehriban Əliyevaya “Dostluq” ordeninin təqdim edilməsi, əlbəttə ki, böyük hadisədir. Biz bilirik ki, Rusiyanın Prezidenti prezident olmayan şəxsləri çox nadir hallarda qəbul edir. Bu istisna hal Rusiya Prezidentinin Azərbaycana münasibətinin təzahürüdür. Azərbaycanda da Rusiya Prezidentinə böyük hörmət var. İkitərəfli əlaqələrin inkişafında prezidentlərin, əlbəttə ki, xüsusi rolu vardır. Mehriban xanımın səfər çərçivəsində həm Baş Nazirlə, həm də Federasiya Şurasının sədri ilə görüşləri olubdur. Əlbəttə ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun yenidən açılması tarixi hadisədir.” “Bilirsiniz, düşünürəm ki, rəhbərin mütləq quru insan olması ideyası da müəyyən dərəcədə stereotipdir. Məsuliyyətli-bəli, prinsipial-bəli, iradəli-bəli. Quruluq, sərtlik vacib keyfiyyət deyil. Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görürlər, hər şeyi anlayırlar”,-deyən Mehriban xanım Əliyeva öz çoxtərəfli fəaliiyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir. Heç şübhəsiz, sadalalan keyfiyyətlər ilə yanaşı, birada 2 mühüm amilin də rolu danılmazdır
Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurları əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu konteksdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Mehriban xanım Əliyeva böyük genetik irsin varisidir. Babası Mir Cəlal Paşayev Azərbaycanın mütəfəkkir ədibi, atası Arif Paşayev və anası Aida İmanquliyeva Azərbaycan və dünya elmində öz izini qoymuş böyük şəxsiyyətlərdir. Bu unikal ailənin övladı olan Mehriban xanım Əliyevanın dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi və sistemli analiz qabiliyyətinə malik olması, hadisə və proselərə münasibətdə prinsipial və qətiyyətli davaranış tərzi nümayiş etdirməsi bilavasitə genetik irsin və bu xüsusda fitrətən istedadın, eləcə də fədəkar zəhmətin nəticəsidir Yerli və xarici auditoriya qarşısında çıxışları zamanı problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu, dinləyicilər ilə işləmək və onu ələ almaq qabiliyyəti, səs diapazonundan düzgün istifadə məharəti və nəhayət ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması yuxarıda sadaladığımız amillərlə birbaşa bağlıdır. Mehriban xanım Əliyeva böyük idarəçilik məktəbi keçərək, zəngin təcrübəyə malik olması qarşısında duran müxtəlif istiqamətli və mürəkkəb vəzifələrin layəqətlə yerinə yetirməsi üçün unikal imkanlar pəncərəsi açmışdır.
Fikrimizi əsaslandırmağa çalışaq. Birincisi, fəal ictimai fəaliyyətə 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayan Mehriban xanım. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis etməklə perspektiv və peşəkar fəaliyyəti üçün zəngin təcrübə qazanmaq imkanı əldə etmişdir. Bu amilləri nəzərə alaraq möhtərəm Prezidentimiz İlham Əliyev vurğulamışdır ki, “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır.” Başqa sözlə, üzvlərinin sayı 750-mindən artıq olan nəhəng siyasi partiyanın idarə edilməsində və qazandığı uğurlarda hörmətli Mehriban xanım Əliyevanın müstəsna yeri və rolu vardır. İkincisi, Mehriban xanım Əliyeva 3 dəfə (2005, 2010, 2015) seçicilərinin böyük etimadını qazanaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. “Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz,” – deyən Mehriban Əliyeva öz fəaliyyəti ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur. Vədi ilə əməli eyniyyət təşkil edən Mehriban xanım depuatlıq müddətində təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli istiqamətində çox böyük addımlar atmış və seçicilərinin hüsnrəğbətini qazanmışdır. Parlament fəaliyyəti çərçivəsində Mehriban xanım Əliyeva 4 dəfə-2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktının qəbulu ilə bağlı qanunvericilik təşəbbüsləri ilə çıxış etmiş və nəticədə 40 mindən artıq məhkumun cəzası tam və qismən ləğv edilmişdir. “...səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk”,-deyən Mehriban xanı Əliyevanın bu qanunvericilik təşəbbüsləri həm mənəvi-əxlaqi, həm də siyasi əhəmiyyət kəsb edir. Eyni zamanda, Mehriban xanımın deputat kimi çox geniş beynəlxalq fəaliyyət göstərərək Azərbaycan həqiqətlərini dünyaya çatdırmışdır. Bu fəaliyyətin nəticəsində ölkəmizə olan beynəlxalq etimad daha möhkəmlənmiş, dost və tərəfdaşlarımızın sayı artmışdır. Üçüncüsü, demokratik dövlət quruculuğu istiqamətində ümummilli lider Heydər Əliyevin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. Mərhəmətli Mehriban xanımın rəhbərliyi altında qeyd edilən sahələr ilə yanaşı, milli musiqinin inkişafı, mədəni irsin qorunması, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən sivilizasiyalarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətlərdə də misilsiz addımlar atılır.
Mehriban xanım Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvüdür və bu istiqamətdə fəaliyyəti də həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən ən yüksək qiymətə layiq görülmüşdür. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban xanım Əliyeva xüsusi rol oynamışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz Mehriban Əliyevanın təşkilatçılığı ilə mümkün olmuşdur. 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. İki il yarım ərzində bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək, əlbəttə ki, böyük nailiyyət idi. Birinci Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman tədbiri kimi qalacaqdır.” Təsadüfi deyildir ki, 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir. 2017-ci ildə İV İslam Həmrəylik Oyunlarının təşkili də hörmətli Mehriban xanım Əliyevaya həvalə olunmuş və bu mötəbər idman tədbiri də təşkilatçılıq nöqteyi-nəzərindən ən yüksək qiymətə layiq görülmüşdür.
Azərbaycan xalqı xoşbəxtdir ki, insanlıq, ləyaqət, səmimiyyət, mərhəmət, nəciblik və şəfqət kimi ali insani dəyərlərin daşıyıcısı olan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ali rəhbərimizin gücünə güc qatır, onun insanların rifahı naminə gördüyü müstəsna fəaliyyəti misilsiz xidmətləri ilə zənginləşdirir. Mərhəmətli Mehriban xanım Əliyeva dəfələrlə ölkə vətəndaşlarına həm Birinci vitse-prezident, həm də bir ana olaraq müraciət edərək, onların sağlamlığının hər şeydən dəyərli olduğunu vurğulamış, eyni zamanda insanlara mənəvi dəstək olaraq böyük inam hissi ilə bildirmişdir ki, “Əminəm ki, müdrük xalqımızın ən gözəl xüsusiyyətləri, ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə can sağlığı və uzun ömür arzulayıram!”
Azərbaycanın birinci xanımı, mərhəmətli Mehriban xanımı həyatının unudulmaz tarixi-doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı arzulayır, millətimizin rifahı və dövlətçiliyimizin inkşafı yolunda fədakar fəaliyyətində yeni-yeni uğurlar diləyirəm.

Yeganə Baxşəliyeva,
Bakı şəhəri, 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, general M.Əsədov adlna 29 nömrəli tam orta MKA-nın prezidenti, “Qızıl Qələm”, “Vətənpərvər xanım”, “Azərbaycan bayrağı”, “Qabaqcıl təhsil işçısı”, “İlin nüfuzlu ziyalısı”, “İlin müəllimi” və “Sadiq Heydərçı” mükafatları laureatı
Вернуться назад