DataLife Engine > tehsil > Gələn aydan I sinfə şagird qəbuluna start veriləcək

Gələn aydan I sinfə şagird qəbuluna start veriləcək


16-03-2021, 07:37. Разместил: heqiqet Gələn aydan I sinfə şagird qəbuluna start veriləcək 2021-2022-ci tədris ili üçün I sinfə şagird qəbuluna aprel ayının ikinci yarısından start veriləcək.
Təhsil Nazirliyindən verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi elektron sistem ilə www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.
Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn formada aparılmalıdır. Vətəndaşlara texniki kömək və dəstək məqsədilə əvvəlcədən müəyyən olunmuş məktəblərdə Alternativ Qeydiyyat mərkəzləri yaradılacaq.
Qeyd edək ki, qəbul prosesinin keçiriləcəyi dəqiq tarix barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Вернуться назад