DataLife Engine > tehsil > Mikayıl Cabbarov təhsili necə xilas edə bilər?

Mikayıl Cabbarov təhsili necə xilas edə bilər?


11-09-2015, 13:06. Разместил: heqiqet Mikayıl Cabbarov təhsili necə xilas edə bilər? Azərbaycanda gələcək illərdə ali məktəblərə qəbul müsabiqəsində iştirak etmək üçün tələb olunan keçid balının yüksəldiləcəyi gözlənilir.
Bu barədə mətbuata Təhsil Nazirliyinin (TN) İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehli açqılama vermişdi.
Onun sözlərinə görə, bu il ilk dəfə olaraq, ali məktəblərə qəbul müsabiqəsində iştirak və ixtisas seçiminə buraxılmaq üçün tələb olunan bal həddi bütün ixtisas qrupları üzrə (yalnız kənd təsərrüfatı ixtisasları üzrə bal həddi 150 olub) Təhsil Nazirliyinin təklifi ilə 200-dən aşağı endirilmədi.
TN növbəti illərdə bu bal həddinin daha da artırılması təklifi ilə çıxış etməyi nəzərdə tutur.
C.Valehli bildirib ki, bu il bal həddinin 200-dən aşağı endirilməməsi məsələsinə texniki yenilik kimi yanaşılmalı deyil. Bal həddinin artırılması ali təhsildə keyfiyyətin yüksəldilməsinə, əmək bazarına daha hazırlıqlı mütəxəssislərin çıxmasına imkan yaradacaq.
Ali məktəbə qəbul imtahalarının çətinləşdirlməsi təhsildə nə kimi yeniliklərə səbəb olacaq?
Təhsil üzrə ekspert Nadir İsrafilov AzVision.az-a bildirib ki, keçid ballarının yüksəldilməsi təhsilə çox müsbət təsir edəcək.
İmtahanların çətinləşdirilməsi bir çox rəqabətə davam gətirməyən universitetlərin bağlanmasına gətirib çıxaracaq: “Bu yaxınlarda daha bir ali məktəb bağlandı. Bu günə kimi qəbulda plan yerlərinin doldurulması əsas prinsip kimi götürüldü. Buna görə də elə universityetlər var ki, onların 150 tələbəsi var. Hətta ailə universitetləri atası rektor, qardarşı dekan olanlar gəlib həmin universitetlərə qəbul olurdu. Bu kimi ali məktəblərin böyük əksəriyyəti yavaş –yavaş sıradan çıxır, fəaliyyətlərini dayandırır”.

Вернуться назад