Prezident Ağsu Şahmat Məktəbinin açılışında iştirak etdi
18-09-2015, 11:11. Разместил: heqiqet
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 17-də yenidənqurma işlərindən sonra Ağsu Şahmat Məktəbinin açılışında iştirak edib.Şahmat Məktəbinin ümumi sahəsi 430 kvadratmetrdir.
Ağsu Şahmat Məktəbində uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev ərazidə salınan Şahmat parkına da baxıb.
Burada sakinlərin, eləcə də məktəbə gələnlərin istirahəti üçün hər cür şərait yaradılıb. Parkda açıq hava şəraitində şahmat taxtası qurulub, yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Вернуться назад