DataLife Engine > tehsil > Tələbələr üçün əmək yarmarkası keçiriləcək

Tələbələr üçün əmək yarmarkası keçiriləcək


13-05-2015, 18:29. Разместил: heqiqet Tələbələr üçün əmək yarmarkası keçiriləcək
Təhsil Nazirliyi, Azərbaycan-Amerika Ticarət Palatası, “British Amerikan Tobakko” şirkətinin birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzində “Gənc mütəxəssis” adlı əmək yarmarkası keçiriləcək.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, universitetlərdə təhsil alan istedadlı tələbələrin ölkənin aparıcı şirkətlərində təcrübə keçmələri və onların işlə təmin olunma imkanlarının genişləndirilməsi məqsədilə təşkil olunan əmək yarmarkasında iştirak edəcək tələbələrin qeydiyyatı mayın 1-də başa çatıb.
Əmək yarmarkasında iştirak etmək üçün respublikanın 41 ali təhsil müəssisəsindən 2700 nəfərdən artıq məzun, işəgötürən qismində isə 60-a yaxın beynəlxalq və yerli şirkət qeydiyyatdan keçib.
İşəgötürən şirkətlər qeydiyyatdan keçmiş tələbələrin məlumatları ilə tanış olaraq, uyğun gələn namizədləri əmək yarmarkası günü görüşə dəvət edəcəklər.
Вернуться назад