DataLife Engine > tehsil > İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək


Dünən, 21:37. Разместил: heqiqet

Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) və “İğdır Azərbaycan Evi” Cəmiyyətinin təşəbbüsü ilə şərq vilayətindəki liseyin şagirdləri arasında Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş şeir, inşa, hekayə və rəsm müsabiqələri keçiriləcək.

TADDEF sədrinin müavini Sərdar Ünsalın verdiyi məlumata görə, təşəbbüsün məqsədi Azərbaycan həqiqətlərinin fəal təbliği, gənc nəslin ölkəmizin mədəniyyəti və nailiyyətləri barədə məlumatlandırılmasıdır. “Bu gün Türkiyədə gənclərə Azərbaycan sevgisini aşılamaq heç vaxt olmadığı qədər vacibdir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, müsabiqənin keçirilməsi ilə bağlı müvafiq müraciət İğdır valiliyinə və vilayətin Təhsil İdarəsinə göndərilib, müsabiqələrin qalibləri isə qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.


Вернуться назад