DataLife Engine > tehsil > Məktəblilər üçün “Təbiətin izi ilə” master-klası təşkil edilib

Məktəblilər üçün “Təbiətin izi ilə” master-klası təşkil edilib


Bu gün, 13:21. Разместил: heqiqet

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində (UGİM) “Sağlam həyat tərzi” dərnəyinin üzvlərinin iştirakı ilə “Təbiətin izi ilə” adlı master-klas təşkil olunub.

İdarədən bildirilib ki, master-klasın məqsədi məktəblilərin ekoloji dünyagörüşünü zənginləşdirmək, yaradıcı və praktik bacarıqlarını inkişaf etdirmək, onlarda komanda işi və əməkdaşlıq vərdişləri formalaşdırmaq, təşəbbüskarlıq və məsuliyyət hissini gücləndirməkdir.

Master-klas çərçivəsində dərnək üzvləri müxtəlif praktik fəaliyyətlərə cəlb olunublar. Komanda şəklində təşkil edilən məşğələlər zamanı məktəblilər əmək bölgüsü aparıb, fikir və təcrübə mübadiləsi edib, birgə qərarvermə və qarşıya qoyulan məqsədə nailolma bacarıqlarını tətbiq ediblər.

BŞTİ-nin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Günay Qurbanova uşaqlara uğurlar arzulayaraq bu cür praktikyönümlü məşğələlərin onların asudə vaxtının səmərəli təşkilinə və yaradıcı potensialının üzə çıxarılmasına imkan yaratdığını bildirib.

Sektor müdiri qeyd edib ki, bu fəaliyyətlər, eyni zamanda, məktəblilərdə ünsiyyət, əməkdaşlıq, problem həlli və təqdimetmə bacarıqlarının inkişafına kömək edir. Uşaqların praktiki fəaliyyətlərə cəlb olunması gələcək peşə seçimi və əmək bazarına hazırlıq baxımından zəruri ilkin bacarıqların formalaşmasına da töhfə verir.



Вернуться назад