Sumqayıtda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
Dünən, 21:07. Разместил: heqiqet

Noyabrın 25-də Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov Sumqayıt şəhərində fəaliyyət göstərən ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə idarə müdiri təhsil sahəsində əsas hədəflər, prioritetlər və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə danışıb. O, ötən illərdə əldə olunan nailiyyətlərin və formalaşmış müsbət təcrübənin davam etdirilməsinin, mövcud imkanlardan səmərəli istifadə etməklə yeni nəticələrə nail olmağın əhəmiyyətini qeyd edib.
Təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinin səmərəli təşkili, idarəetmədə məsuliyyət və şəffaflığın təmin olunması, eləcə də təhsil müəssisələrində sağlam və təhlükəsiz mühitin yaradılması görüşün əsas mövzuları olub.
Elxan Nəcəfov kollektivdə əməkdaşlığın gücləndirilməsinin, çətinliklərin vaxtında müəyyənləşdirilməsinin və onların həlli istiqamətində sistemli iş aparılmasının vacibliyini vurğulayıb.
Вернуться назад