DataLife Engine > tehsil > Sabah TQDK imtahan keçirəcək

Sabah TQDK imtahan keçirəcək


4-12-2015, 09:51. Разместил: heqiqet Sabah TQDK imtahan keçirəcək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dekabrın 5-də növbəti SAT imtahanını keçirəcək.Imtahan saat 8.30-da bu qurumun Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələr nəzərə alınmayaraq). İmtahanda iştirak edəcək şəxslər saat 7.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar, əks halda test mərkəzinə buraxılmayacaqlar.
İmtahanın nəticələri dekabrın 23-də imtahanda iştirak edənlərin "College Board"un internet səhifəsindəki şəxsi hesabında açıqlanacaq.
SAT imtahanı haqqında ətraflı məlumatı TQDK-nın rəsmi internet saytında əldə etmək olar.
Вернуться назад