DataLife Engine > tehsil > 1236 nəfər rezidenturaya sənəd verib

1236 nəfər rezidenturaya sənəd verib


11-03-2016, 12:07. Разместил: heqiqet 1236 nəfər rezidenturaya sənəd verib Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə 1236 nəfər ərizəsini təsdiq edib. Onlardan 1083 nəfər Azərbaycan, 153 nəfər isə rus bölməsinin bakalavrıdır.
Qeyd edək ki, tibb ixtisaslarının rezidentura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi 3 aprel, ikinci mərhələsi isə 29 iyul tarixində keçiriləcək.

Вернуться назад