Nazir: "Bu diplomlar təsdiq edilməyəcək"
15-04-2016, 12:02. Разместил: heqiqet
Təhsil naziri Mikayıl Cabbarov Moskvaya səfəri çərçivəsində Rusiyada təhsil alan azərbaycanlı gənclərlə görüşüb.Görüşdə Rusiyanın aparıcı təhsil müəssisələrində oxuyan 50-dən çox tələbə, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları iştirak ediblər.
Nazir gənclərə Azərbaycan ilə Rusiya arasında sıx iqtisadi və humanitar əlaqələrdən, ölkəmizdə son illər iqtisadi və siyasi sahələrdə qazanılan nailiyyətlərdən, rus dilində təhsilin inkişafı və digər mühüm məsələlərdən danışıb.
Qeyd edib ki, xarici ölkələrdə, xüsusilə də Rusiyada yaşayan gənclərimiz Azərbaycan dövlətinin siyasətinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin təbliğində mühüm rol oynamalıdırlar.
Nazir Moskvaya səfəri çərçivəsində Rusiya Təhsil Akademiyasında və Rusiya MDB, Xaricdə Yaşayan Həmvətənlərin İşləri və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Rusiya Federal Agentliyində görüşlər keçirdiyini, Rusiya Təhsil Nazirliyi ilə təhsil və elm sahələrində birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə etdiyini qeyd edib
Mikayıl Cabbarov tələbələrin suallarına cavab verərək xarici ölkələrin ali məktəblərinin diplomlarının Azərbaycanda tanınması məsələsinə də toxunub. O bildirib ki, bəzi ali məktəblərin verdikləri diplomların legitimliyi sual doğurur:
"Bu sahədə qanunvericilikdə bir dəyişiklik edilməyib. Lakin Rusiyada təhsil alıb, öz fikrini rus dilində ifadə edə bilməyən məzunun diplomu təsdiq edilməyəcək və yalnız öz ölkəsində akkreditasiyadan keçmiş ali məktəbin diplomu Azərbaycanda tanına bilər".
O qeyd edib ki, nazirlikdə diplomların tanınması ilə məşğul olan xüsusi idarə yaradılıb.
Вернуться назад