Məktəblərdə vakant müəllim yerlərinin daha çox hansı ixtisaslar üzrə olduğu açıqlanıb
3-06-2016, 18:54. Разместил: heqiqet
Nazirlikdən bildirilib ki, 2016-2017-ci tədris ili üçün müəllimlərin yerdəyişməsi üzrə müsabiqəyə 3091 vakant yer təqdim olunub. Vakansiyaların 563-ü Bakı şəhərini, digərləri isə bölgələri əhatə edir. İbtidai sinif, kimya, biologiya və fizika fənləri üzrə vakansiyalar üstünlük təşkil edir.
Qeyd edək ki, iyunun 1-dən Azərbaycanda müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi üzrə elektron ərizə qəbuluna başlanılıb.
Müəllimlərin işə qəbulu üzrə ərizə qəbulu iyulun 17-dək aparılacaq.
Вернуться назад