Magistraturaya imtahanın məzmunu və nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb
6-06-2016, 19:17. Разместил: heqiqet
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən xəbərə görə, imtahanın məzmunu ilə əlaqədar müraciətlərin baxılması üçün Apellyasiya Komissiyası iyunun 7-də saat 10-dan 17-dək TQDK‑nın Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcək.
İmtahan nəticələri ilə bağlı müraciətlərin baxılması üçün Apellyasiya Komissiyası isə 8-9 iyun tarixlərində saat 10.00-dan 17-dək Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.
Bakalavrlar Apellyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət edə bilərlər.
Sosial səhifələrdə paylaş
Вернуться назад