DataLife Engine > tehsil > Təhsilini başa vurmayan şəxslərə arayış verilməsi qaydasında dəyişiklik edilib

Təhsilini başa vurmayan şəxslərə arayış verilməsi qaydasında dəyişiklik edilib


20-06-2016, 13:13. Разместил: heqiqet Təhsilini başa vurmayan şəxslərə arayış verilməsi qaydasında dəyişiklik edilib Azərbaycan Nazirlər Kabineti “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda dəyişiklik edib.
Nazirlər Kabinetindən verilən məlumata görə, hazırda arayış blankları Təhsil Nazirliyi tərəfindən çap etdirilir və ali təhsil müəssisələrinə onların müraciəti əsasında verilir.
Yeni dəyişikliyə əsasən, arayış blankları Təhsil Nazirliyi tərəfindən çap etdirilir və ali təhsil müəssisələrinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasına onların müraciəti əsasında verilir.
Arayış blankları Təhsil Nazirliyində, ali təhsil müəssisələrində və ya AMEA-da ciddi hesabat sənədi kimi saxlanılacaq.


Вернуться назад