Bakıda bir məktəbin 14 məzunu 700 bal toplayıb
26-07-2016, 09:36. Разместил: heqiqet
İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, İ.Hacıyev adına "Tərəqqi" liseyi və BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə də 2 abituriyent (Kürdəmir rayonu, 2 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 220 saylı məktəb-liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin məzunu Fərid Hüseynov qəbul imtahanında II ixtisas qrup üzrə maksimum nəticə göstərərək 700 bal toplayıb.
Qeyd edək ki, Fərid Hüseynov Bakı Türk Liseyinin 14-cü 700 bal toplayan məzunudur.
Вернуться назад