Təhsil Nazirliyi bəzi fənlərin dərs saatlarının azaldılması məsələsinə aydınlıq gətirdi
20-09-2016, 10:01. Разместил: heqiqet
Təhsil Nazirliyindən sorğusuna cavab olaraq bildirilib ki, “Ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında” təhsil nazirinin 22 iyun 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş X-XI siniflər üçün tədris planlarında “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisinə həftədə 2 saat vaxt ayırılıb. Bu da ötən illərdə olan saatların miqdarı ilə eynidir.
“Musiqi” fənni ümumtəhsil məktəblərinin I-IX siniflərində, “Gənclərin çağırışaqədərki hazırlığı” fənni isə X-XI siniflərdə tədris olunur. Bu səbəbdən bu fənlərdən hər hansı birinin saatının digərinə verilməsi qeyri-mümkündür.
Nazirlikdən bildirilib ki, I-XI siniflər üçün tədris planlarında “İnformatika” fənninin tədrisinə bütün siniflərdə həftədə 1 saat vaxt ayrılıb: “Bildiririk ki, bu fənn I sinifdən etibarən tədris olunur. Mütəxəssislər tərəfindən tərtib olunmuş fənn proqramında şagirdlərin 11 il ərzində fənn üzrə zəruri bilik və bacarıqlara yiyələnməsi nəzərdə tutulub”.
Вернуться назад