Şagirdlərin həyatı təhlükədə olan məktəblə bağlı RƏSMİ AÇIQLAMA
14-10-2016, 18:10. Разместил: heqiqet
Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, Bozalqanlı kənd tam orta məktəbi Azəristilitəchizat ASC tərəfindən qızdırılır: “Bizə verilən məlumata görə borc məbləği 2016-cı ilin yanvarın 1-nə qədər olan borcdur. Hal-hazırda Azəristiliktəchizat ASC-nin Tovuz rayon şöbəsi ilə danışıqlar aparılır. 2016-cı ilin noyabrın 15-dən məktəbə istiliyin verilməsinin bərpası planlaşdırılır”.
Bundan başqa qeyd olunub ki, Bozalqanlı kənd tam orta məktəbinə Təhsil Nazirliyinin nümayəndələri tərəfindən baxış keçirilib və məktəbin əsaslı təmir olunması məqsədəuyğun hesab edilib. Bu məsələyə növbəti illərin proqramları çərçivəsində baxılacaq.
Вернуться назад